
Tramp: Hantavirus ABŞ mütəxəssisləri tərəfindən aktiv şəkildə araşdırılır
Fins.az - Donald Trump hantavirusun hazırda ABŞ mütəxəssisləri tərəfindən fəal şəkildə araşdırıldığını bildirib.
ABŞ Prezidenti jurnalistlərə açıqlamasında virusun asanlıqla yayılmadığını qeyd edib.
“Gördüklərimizə əsasən vəziyyət normal görünür. Bu virus o qədər də asan ötürülmür”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, hantavirus üzərində uzun illər oxşar infeksiyalarla çalışan ekspertlər araşdırma aparır və onlar virusun xüsusiyyətlərini yaxşı bilirlər.
Tramp əlavə edib ki, hantavirusun insandan insana ötürülməsi COVID-19 ilə müqayisədə xeyli çətindir.