Tokiodakı “Disneyland” və “DisneySea” əyləncə parklarının fəaliyyəti koronavirusa görə dayandırılır

Tokiodakı “Disneyland” və “DisneySea” əyləncə parklarının fəaliyyəti koronavirusa görə dayandırılır

DÜNYA
716

Tokiodakı “Disneyland” və “DisneySea” əyləncə parkları 28 fevral-15 mart tarixlərində fəaliyyət göstərməyəcək. Qeyd edildiyi kimi, bunun əsas səbəbi yeni koronavirus epidemiyasının yayılmasıdır.

Fins.az bu barədə “Vedomosti.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, “Disneyland” və “DisneySea” Tokio şəhərinin ətrafındakı 118 hektar sahəsi olan ərazidə yerləşir. Hər il bu əyləncə parklarını 30 milyondan çox insan ziyarət edir.

Yaponiya hökuməti martın 15-dək bütün dövlət teatr və muzeylərinin fəaliyyətinin dayandırıldığını elan edib. Analoji tədbirlər əyləncə tədbirləri sahəsində fəaliyyət göstərən özəl şirkətlərin sahibləri tərəfindən görülüb.

Ümumilikdə bu günə kimi Yaponiyada koronavirusa 919 insan yoluxub, onlardan səkkiz nəfər dünyasını dəyişib.

©Banker.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tokiodakı “Disneyland” və “DisneySea” əyləncə parklarının fəaliyyəti koronavirusa görə dayandırılır — Fins.az — Fins.az