
Tədqiqatçılar Böyük Piramidanın zəlzələyə davamlılığını açıqlayıblar
Fins.az - Tədqiqatçılar bildiriblər ki, Misirin Gizadakı Böyük Piramidası zəlzələlərə davamlılıq baxımından ən möhkəm qədim tikililərdən biridir.
Araşdırmaya görə, təxminən 4600 il əvvəl firon Xufunun məzarı kimi inşa edilən piramida xüsusi konstruksiya xüsusiyyətləri sayəsində güclü yeraltı təkanlara tab gətirə bilib.
Alimlər hesab edirlər ki, tikilinin memarlıq quruluşu və istifadə olunan mühəndislik üsulları onun minilliklər boyunca dağılmadan qalmasına imkan yaradıb.
Qeyd olunur ki, müxtəlif sivilizasiyalar tarix səhnəsindən silinsə də, Böyük Piramida zamanın və təbii fəlakətlərin təsirinə qarşı dayanıqlığını qoruyub saxlayıb.