
Tədqiqatçılar “ağıllı” yara sarğısı hazırlayıblar
Fins.az - Avstraliyalı tədqiqatçılar yaraların real vaxt rejimində müalicəsini təmin edən yeni “ağıllı” sarğı hazırlayıblar.
Kral Melburn Texnologiya İnstitutunun alimləri hidrogel əsaslı sarğıya karbon nöqtələri adlı nanomateriallar əlavə edərək onun həm monitorinq, həm də müalicə funksiyasına malik olmasını təmin ediblər.
Yeni sarğı infeksiya zamanı yaranın pH səviyyəsindəki dəyişikliklərə uyğun olaraq rəngini dəyişir və iltihabı azaltmağa, sağalmanı sürətləndirməyə kömək edən maddələrin ifrazını stimullaşdırır. Müalicə prosesi sarğıya yüngül təzyiq göstərməklə aktivləşdirilə bilər.