Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub

Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub

DÜNYA
256

Tayvan sahillərində Rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Finss.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 350 min insanın yaşadığı Hualyan şəhərindən 27 km cənub-şərqdə, ocağı isə yer səthindən 15 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
 

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub — Fins.az — Fins.az