
Taras Demura WB Travel şirkətinin rəhbəri təyin olunub
Fins.az - Fun&Sun turoperatorunun sahibi Taras Demura Wildberries marketpleysinin turizm bölməsi olan WB Travel şirkətinin baş direktoru təyin edilib.
Yeni vəzifəsində Taras Demura xidmətin strateji idarə olunmasına, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, turizm biznesinin yeni istiqamətlərinin inkişafına və innovativ həllərin tətbiqinə rəhbərlik edəcək.
WB Travel Wildberries platformasında səyahət və turizm xidmətlərinin təqdim olunması üçün yaradılmış ekosistemdir.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Wildberries və Fun&Sun arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Fun&Sun turoperatorunun paket turları marketpleysin saytında və mobil tətbiqində satışa çıxarılıb.
Şirkət nümayəndələri yeni təyinatın turizm xidmətlərinin inkişafına və istifadəçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcəyini bildiriblər.