
Şüşə qurbağanın yeni növü Olimpiya çempionunun adı ilə adlandırılıb
Fins.az - Ekvadorun cənub-şərqində yerləşən tropik meşələrdə alimlər şüşə qurbağanın yeni növünü — “Nymphargus dajomesae”ni aşkar ediblər.
Yeni növ 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında ölkə tarixində ilk qızıl medal qazanan qadın ağır atlet Neisi Daxomesin şərəfinə adlandırılıb.
Şüşə qurbağalar (Centrolenidae fəsiləsi) amfibiyaların ən qeyri-adi qruplarından hesab olunur. Onların əsas xüsusiyyəti bədənin alt hissəsində şəffaf və ya yarımşəffaf dərinin olmasıdır. Bu xüsusiyyət sayəsində bəzi növlərdə ürək, qaraciyər və bağırsaqlar kimi daxili orqanları görmək mümkündür.
Alimlər bildirirlər ki, bu şəffaflıq toxumaların və piqment hüceyrələrinin xüsusi yerləşməsi ilə bağlıdır və qurbağanın təbii mühitdə gizlənməsinə, xüsusilə yarpaqlar fonunda demək olar ki, görünməz olmasına kömək edir.