
Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb
Fins.az - ABŞ Mərkəzi Komandanlığının qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdiyi hava əməliyyatı zamanı İŞİD-in yüksəkvəzifəli liderlərindən birini zərərsizləşdirib.
Məlumata görə, iyunun 19-da həyata keçirilən dəqiq hava zərbəsi nəticəsində Əli Hüseyn əl-Uleyvi öldürülüb.
ABŞ tərəfi bildirib ki, əməliyyat terror təşkilatının fəaliyyət imkanlarının zəiflədilməsi məqsədilə həyata keçirilib.