
Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər
Fins.az - Kembric Universitetinin alimləri süni intellekt vasitəsilə hazırlanmış və insanlar üzərində sınaqdan keçirilən dünyanın ilk peyvəndini təqdim ediblər.
Araşdırmanın nəticələri elmi nəşrdə dərc olunub. Tədqiqatçılar bildirirlər ki, yeni peyvənd geniş spektrli viruslara qarşı müdafiə yaratmaq məqsədilə hazırlanıb.
Alimlərin sözlərinə görə, preparat yalnız mövcud virus variantlarına deyil, gələcəkdə ortaya çıxa biləcək yeni viruslara qarşı da qoruyucu təsir göstərə bilər.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt texnologiyalarının peyvənd hazırlanması prosesində tətbiqi yeni preparatların daha sürətli və daha dəqiq hazırlanmasına imkan yaradır.