Süni intellekt kibertəhlükəsizlikdə həm müdafiəni gücləndirir, həm də riskləri artırır

Süni intellekt kibertəhlükəsizlikdə həm müdafiəni gücləndirir, həm də riskləri artırır

DÜNYA
374

Fins.az - Süni intellekt (AI) kibertəhlükəsizlik sahəsində ikili rol oynayır — bir tərəfdən müdafiə sistemlərini gücləndirir, digər tərəfdən isə yeni təhlükələr yaradır.

Süni intellekt üzrə ekspert Dilarə Zamanova AZƏRTAC-a bildirib ki, AI sistemləri böyük həcmdə məlumatı təhlil edərək normal və şübhəli davranışları ayırd edə bilir. Bu, icazəsiz girişlərin və kiberhücumların erkən mərhələdə aşkarlanmasına imkan yaradır.

Onun sözlərinə görə, süni intellekt real vaxtda təhlükələri analiz edib avtomatik reaksiya verdiyi üçün müdafiə sistemlərinin sürəti və effektivliyi artır. Xüsusilə maliyyə sektorunda saxtakarlığın və qeyri-adi əməliyyatların aşkarlanmasında geniş istifadə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Süni intellekt kibertəhlükəsizlikdə həm müdafiəni gücləndirir, həm də riskləri artırır — Fins.az — Fins.az