
Sumatra sahillərində 5,6 bal gücündə zəlzələ baş verib
Fins.az - İndoneziyada Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Şimali Sumatra əyalətində yerləşən və təxminən 100 min əhalisi olan Padangsidempuan şəhərindən 221 km cənub-qərbdə olub. Zəlzələ ocağı 37 km dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi elan edilməyib.