Şri-Lankada daşqınlar 400 mindən çox insana ziyan vurub

Şri-Lankada daşqınlar 400 mindən çox insana ziyan vurub

DÜNYA
202

Şiddətli yağışlar və daşqınlar Şri-Lankanın 24 rayonunda təxminən 402 min insana ziyan vurub. 

Finss.az Sinxua agentliyinə istinadla xəbər verir ki, kəskin hava şəraiti nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Ölkənin Fəlakətlərin İdarə Olunması Mərkəzinin açıqlamasına görə, təxminən 20 min sakin təxliyə edilib. Daşqınlar 64 min hektar sahədə çəltik əkinlərinə ziyan vurub.

Yerli Meteorologiya Departamentinin məlumatına görə, Şri-Lankanın əksər ərazilərində güclü yağışların davam edəcəyi gözlənilir.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şri-Lankada daşqınlar 400 mindən çox insana ziyan vurub — Fins.az — Fins.az