“Spartak” “Zenit”i məğlub edərək Rusiya Kubokunun finalına yüksəlib

“Spartak” “Zenit”i məğlub edərək Rusiya Kubokunun finalına yüksəlib

DÜNYA
196

Fins.az - Moskvanın “Spartak” klubu Sankt-Peterburqda “Zenit”i məğlub edərək Rusiya Kubokunun Regionlar yolunun finalına yüksəlib.

Oyunun əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və burada “Spartak” 7:6 hesabı ilə üstün olub.

Matçın 44-cü dəqiqəsində “Spartak”ın futbolçusu Esekiel Barko penalti zərbəsindən yararlana bilməyib. Bununla belə, penaltilər seriyasında komandanın qapıçısı İlya Pomazun həlledici rol oynayıb. O, əlavə olunmuş vaxtda meydana daxil olaraq iki zərbəni dəf edib və komandasının qələbəsinə töhfə verib.

Qeyd edək ki, “Spartak” finalda Moskvanın CSKA klubu ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Spartak” “Zenit”i məğlub edərək Rusiya Kubokunun finalına yüksəlib — Fins.az — Fins.az