
“SpaceX” yeni “Starfall” yük kapsulunun sınaqlarına icazə alıb
Fins.az - ABŞ-nin “SpaceX” şirkəti kosmosdan Yerə yük daşınması üçün hazırladığı “Starfall” kapsulunun sınaqlarını keçirmək üçün rəsmi icazə əldə edib.
Məlumata görə, ABŞ Federal Aviasiya Administrasiyası ilkin mərhələdə kapsulun iki sınaq buraxılışını təsdiqləyib. Bundan sonra nəqliyyat vasitəsinin Sakit okeanda, Kaliforniya sahillərindən təxminən 1300 kilometr məsafədə suya enməsi nəzərdə tutulur.
Şirkət eyni zamanda “Starship” raketinin sınaq proqramı çərçivəsində “Starfall” kapsulunun suborbital uçuş sınaqlarını həyata keçirmək üçün də icazə alıb.
Layihənin məqsədi kosmosdan müxtəlif yüklərin Yerə daha sürətli və səmərəli şəkildə çatdırılması imkanlarını araşdırmaqdır.
“Starfall” kapsulu gələcəkdə həm kommersiya, həm də dövlət proqramlarında istifadə oluna biləcək yeni nəqliyyat həlli kimi qiymətləndirilir.