
“SpaceX” “Starship”in 13-cü sınaq uçuşunu iyulun 16-da keçirəcək
Fins.az - ABŞ-ın “SpaceX” şirkəti “Starship” kosmik gəmisinin prototipi və daşıyıcı raketinin 13-cü sınaq uçuşunu iyulun 16-da həyata keçirməyi planlaşdırır.
Şirkətin məlumatına görə, sınaq uçuşunun təxminən bir saat davam edəcəyi gözlənilir.
Missiya çərçivəsində 20 ədəd V3 Starlink rabitə peykinin orbitə buraxılması nəzərdə tutulur. Bu sınaq “Starship” proqramının inkişafı və gələcək kosmik missiyalar üçün mühüm mərhələ hesab olunur.