“SpaceX” və “Amazon” Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraqlanır

“SpaceX” və “Amazon” Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraqlanır

DÜNYA
457

Fins.az - “SpaceX” və “Amazon” şirkətləri Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraq göstərir.

Vaşinqtonda keçirilən “Satellite 2026” sərgi və konfransı çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan bu şirkətlərin nümayəndələrinə ölkədə aşağı orbitli peyk sistemləri üçün tətbiq olunan qaydalar, təhlükəsizlik tələbləri və digər mühüm məsələlər barədə məlumat verildiyini bildirib.

Sayan həmçinin Türkiyənin milli peyk layihələrinə toxunaraq artıq orbitdə fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A peyklərini xatırladıb və yeni proqramlar üzərində işlərin davam etdiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“SpaceX” və “Amazon” Türkiyənin aşağı orbitli peyk xidmətləri ilə maraqlanır — Fins.az — Fins.az