SpaceX ABŞ Hərbi Hava Qüvvələri üçün GPS III peykini orbitə çıxarıb

SpaceX ABŞ Hərbi Hava Qüvvələri üçün GPS III peykini orbitə çıxarıb

DÜNYA
250

Fins.az - SpaceX şirkəti Falcon 9 raketi vasitəsilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus GPS III seriyasından olan növbəti peyki uğurla orbitə çıxarıb.

Buraxılış Floridada yerləşən Kanaveral burnundakı kosmodromdan həyata keçirilib. Start ABŞ-ın şərq sahili vaxtı ilə gecə saatlarında baş tutub.

Peyk buraxılışdan təxminən 1,5 saat sonra Yer səthindən 1000 kilometrdən çox yüksəklikdə orbitə yerləşdirilib. Daha sonra aparat öz mühərrikləri vasitəsilə təxminən 20 min kilometr hündürlükdə yerləşən orta Yer orbitinə qalxacaq.

GPS III seriyasına aid peyklər daha yüksək dəqiqlik və dayanıqlılıq təmin edərək qlobal naviqasiya sisteminin imkanlarını genişləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SpaceX ABŞ Hərbi Hava Qüvvələri üçün GPS III peykini orbitə çıxarıb — Fins.az — Fins.az