
Şotlandiyada məscid yaxınlığında hücum: 5 nəfər xəsarət alıb
Fins.az - Edinburqda məscid yaxınlığında baş verən hücum nəticəsində 5 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə iyunun 19-u axşam saatlarında şəhərin qərbində yerləşən Brumhaus məscidi yaxınlığındakı parkda qeydə alınıb. Hücum edən şəxs 36 yaşlı şotlandiyalı olub və balta ilə silahlanıb.
Hadisədən sonra həmin şəxs yaxın ərazidə, o cümlədən yanacaqdoldurma məntəqəsində və pizzaxanada da dağıntılar törədib, obyektlərə ziyan vurub. Polisin araşdırmaları davam edir.