Snapchat, Bayden vəzifəyə gəldikdən sonra Trampın hesabını həmişəlik bloklayacaq

Snapchat, Bayden vəzifəyə gəldikdən sonra Trampın hesabını həmişəlik bloklayacaq

DÜNYA
444

Bakı, 14 yanvar Fins.az

Axios şirkətin sözçüsünə istinadən xəbər verir ki, Snapchat messenceri, yeni seçilmiş prezident Co Bayden-in andiçmə mərasimindən sonra Donald Trampın hesabını həmişəlik qapatmağı  planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Snapchat məlumat yayımlayıb.

 Məlumatda "Xalqın təhlükəsizliyi maraqları naminə və  dezenformasiyaları yaymaq, nifrəti qızışdırmaq və şiddətə təhrik etmək cəhdlərinə əsaslanaraq hesabımızı qalıcı olaraq bağlamağa qərar verdik" deyə bildirilir.

Bundan əvvəl Tramp xalqa müraciətində son günlərdə ölkənin "söz azadlığına misli görünməmiş bir hücumun" şahidi olduğunu qeyd edib. 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Snapchat, Bayden vəzifəyə gəldikdən sonra Trampın hesabını həmişəlik bloklayacaq — Fins.az — Fins.az