Smart texnologiyalar dağlıq ərazilərə uyğunlaşdırılmalıdır - Sadır Japarov

Smart texnologiyalar dağlıq ərazilərə uyğunlaşdırılmalıdır - Sadır Japarov

DÜNYA
360

Qırğızıstan dağlıq regionların spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmış “ağıllı” texnologiyaların inkişafını prioritet istiqamət kimi müəyyən edib.

Fins.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Liderlər Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, söhbət dağlıq ərazilərin xüsusiyyətlərinə uyğunlaşdırılmış smart texnologiyaların inkişafından, həmçinin bələdiyyə xidmətlərinin, nəqliyyat sistemlərinin və enerji təchizatının rəqəmsallaşdırılmasından gedir.

Sadır Japarov qeyd edib ki, Qırğızıstan enerji müstəqilliyinin gücləndirilməsi və emissiyaların azaldılması məqsədilə dağlıq regionlarda su və günəş enerjisinin potensialından daha geniş istifadəni vacib hesab edir.

Onun sözlərinə görə, bu yanaşma həm ekoloji dayanıqlılığı, həm də regionların sosial-iqtisadi inkişafını sürətləndirməyə xidmət edir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbir mənzil təminatı, dayanıqlı şəhər inkişafı və urbanizasiya kimi qlobal çağırışların müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Smart texnologiyalar dağlıq ərazilərə uyğunlaşdırılmalıdır - Sadır Japarov — Fins.az — Fins.az