Səudiyyə Ərəbistanı Həcc öncəsi Məkkəyə giriş qaydalarını sərtləşdirdi

Səudiyyə Ərəbistanı Həcc öncəsi Məkkəyə giriş qaydalarını sərtləşdirdi

DÜNYA
454

Fins.az - Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq yalnız xüsusi icazə ilə mümkün olacaq.

Rəsmi açıqlamaya görə, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan icazə almalıdır. İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.

Yeni qaydalara əsasən, Məkkədə yaşayış icazəsi olan şəxslər, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə çalışanlar bu məhdudiyyətlərdən istisna olunur.

Bununla yanaşı, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı il tarixinədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşəcəyi bildirilib.

Eyni zamanda, Nusuk platforması vasitəsilə Ümrə icazələrinin verilməsi 18 aprel – 31 may tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq. Bu addım Həcc öncəsi sıxlığın idarə olunmasına xidmət edir.

Rəsmilər icazəsiz Həcc ziyarətinə cəhd edən şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıblar. Qaydaları pozanları ölkəyə giriş qadağası və 20 min riyala qədər cərimə gözləyir.

Rəsmi statistikaya görə, ötən il Həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Yeni tədbirlərin əsas məqsədi izdihamı nəzarətdə saxlamaq, təhlükəsizliyi artırmaq və ibadətin daha nizamlı şəkildə həyata keçirilməsini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səudiyyə Ərəbistanı Həcc öncəsi Məkkəyə giriş qaydalarını sərtləşdirdi — Fins.az — Fins.az