
Şeremetyevo hava limanı yenidən normal fəaliyyətə qayıdıb
Fins.az - Şeremetyevo hava limanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb və hava limanı adi iş rejiminə qayıdıb.
Rosaviatsiyanın məlumatına görə, artıq hava gəmilərinin qəbulu və yola salınması üzrə bütün məhdudiyyətlər ləğv olunub.
Qeyd edilib ki, məhdudiyyətlər uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilmişdi.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin paytaxta hücum etməyə cəhd göstərən doqquz pilotsuz uçuş aparatının məhv edildiyini bildirmişdi.