Şəhər yenilənməsi sosial ədalətə əsaslanmalıdır - WUF13

Şəhər yenilənməsi sosial ədalətə əsaslanmalıdır - WUF13

DÜNYA
382

Fins.az - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə çıxış edən İspaniya Kataloniya Hökumətinin Ərazi Planlaşdırması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet Çiriçi bildirib ki, şəhərin transformasiyası zamanı hər bir fərd, dövlət qurumları və aidiyyəti tərəflər məsuliyyət daşıyır.

O qeyd edib ki, şəhər transformasiyası yalnız fiziki yenilənmə ilə məhdudlaşmamalıdır və sosial ədalət, inklüzivlik prinsiplərinə əsaslanmalıdır. Onun sözlərinə görə, mənzil təminatı, məşğulluq, ictimai xidmətlərə çıxış və həssas qrupların müdafiəsi bu prosesdə əsas prioritetlərdən olmalıdır.

Rəsmisi əlavə edib ki, həyata keçirilən hər bir layihə yalnız yerli ehtiyaclara cavab verməməli, həm də daha geniş miqyasda nümunəvi yanaşma kimi çıxış edərək qlobal şəhər problemlərinin həllinə töhfə verməlidir.

Qeyd edək ki, WUF13 mayın 22-dək Bakıda davam edir və forumda 182 ölkədən minlərlə iştirakçı şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf məsələlərini müzakirə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şəhər yenilənməsi sosial ədalətə əsaslanmalıdır - WUF13 — Fins.az — Fins.az