
Şara Bullet UFC turnirində Mişel Pereyranı məğlub edib
Fins.az - Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Şarabutdin Maqomedov (Şara Bullet) Bakıda keçirilən UFC Fight Night 280 turnirində qələbə qazanıb.
O, braziliyalı Mişel Pereyra ilə qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Bu nəticədən sonra 32 yaşlı Maqomedovun peşəkar MMA karyerasında qələbələrinin sayı 17-yə, məğlubiyyətlərinin sayı isə 1-ə yüksəlib.
32 yaşlı Mişel Pereyra isə karyerasında 32-ci qələbəsindən sonra 15-ci məğlubiyyətini alıb.