Salvadorda 12 yaşdan etibarən ömürlük həbs tətbiq olunacaq

Salvadorda 12 yaşdan etibarən ömürlük həbs tətbiq olunacaq

DÜNYA
248

Fins.az - Salvador Prezidenti Nayib Bukele ağır cinayətlərə görə ömürlük həbs cəzasının 12 yaşdan etibarən tətbiqini nəzərdə tutan konstitusiya islahatlarını imzalayıb.

Yeni qanun qətl, qadın öldürmə, təcavüz və dəstə üzvlüyü kimi cinayətlərə şamil olunur. Bu dəyişiklik yetkinlik yaşına çatmayanlar üçün həbs müddətini 60 illə məhdudlaşdıran əvvəlki qanunu əvəz edir.

Qanuna əsasən, 12 yaşdan yuxarı şəxslərin mühakiməsi üçün xüsusi məhkəmələr yaradılacaq. Eyni zamanda, cəza müddətindən asılı olaraq müəyyən illərdən sonra işlərə yenidən baxılması imkanı da saxlanılır.

Yeni qaydaların aprelin 26-dan qüvvəyə minməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Salvadorda 12 yaşdan etibarən ömürlük həbs tətbiq olunacaq — Fins.az — Fins.az