Sakamoto dördqat dünya çempionu olub

Sakamoto dördqat dünya çempionu olub

DÜNYA
423

Fins.az - Yaponiyalı fiqurlu konkisürən Kaori Sakamoto Çexiyada keçirilən 2026-cı il dünya çempionatının qalibi olub.

O, qısa və sərbəst proqramların yekununa görə 238,28 xal toplayaraq birinci yeri tutub.

İkinci pillədə daha bir yaponiyalı idmançı Mone Çiba (228,47 xal), üçüncü yerdə isə belçikalı Nina Pinzarone (215,20 xal) qərarlaşıb.

Beləliklə, Sakamoto karyerasında dördüncü dəfə dünya çempionu tituluna yiyələnib. O, bundan əvvəl 2022, 2023 və 2024-cü illərdə də qızıl medal qazanmışdı.

Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu çempionatda iştirak etməyiblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sakamoto dördqat dünya çempionu olub — Fins.az — Fins.az