
“Sabah” final seriyasında üstünlüyünü artırıb
Fins.az - Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.
Sabah ilə Abşeron Lions arasında Bakı İdman Sarayında baş tutan qarşılaşma “bayquşlar”ın 112:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə “Sabah” final seriyasında hesabı 2:0-a çatdırıb. Komanda ilk oyunda da rəqibini 98:93 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, seriyada 3 qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq. Komandalar arasında növbəti oyun mayın 5-də keçiriləcək.