
“Sabah” “Astana” üzərində qələbə qazandı
Fins.az - “Sabah” basketbol klubu Qazaxıstanın “Astana” komandası ilə keçirdiyi ikinci yoldaşlıq oyununda qələbə qazanıb.
Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin 94:83 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “Astana” 110:102 hesabı ilə qalib gəlmişdi.