Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək

Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək

DÜNYA
1,234

Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək.

Aeroflot" Hava Yollarına məxsus olan “Pobeda” iyunun 3-dən etibarən Moskva-Bodrum müntəzəm reyslərini yerinə yetirməyə başlayacaq.

Bu marşrut üzrə uçuşlar ilk vaxtlar həftənin ikinci, üçüncü və altıncı günləri olacaq. Vnukovo hava limanından həyata keçiriləcək uçuşlar sentyabrın 1-dən gündəlik olacaq.

Bundan əlavə, Moskvadan İstanbul, Antalya və Alaniya şəhərlərinə ayrı-ayrı uçuşlar həyata keçiriləcək. Həmçinin Mahaçqaladan, Kazan və Vladiqafqazdan İstanbula uçuşların olacağı planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək — Fins.az — Fins.az