Rusiyanın ən böyük işəgötürənləri xaricə tətilə getməməyi məsləhət görür

Rusiyanın ən böyük işəgötürənləri xaricə tətilə getməməyi məsləhət görür

DÜNYA
843

Koronavirus epidemiyası dövründə RDY işçiləri xaricdə ezamiyyət sayını məhdudlaşdırdılar və Rusiyayanı xüsusi ehtiyac olmadan tərk etməməyi tövsiyə etdilər

Rusiyanın Əmək və Məşğulluq Federal Xidmətinə görə ən böyük işəgötürən şirkəti olan Rusiya Dəmir Yolları (RDY) koronavirusun yayılması səbəbilə işçilərinə xaricə tətilə getməmələrini tövsiyə edib.

Fins.az xəbər verir ki, bu barədə şirkət RBK  saytına verdiyi məlumatda deyilir.

Xəstəliyin yayılması təhlükəsi fonunda Rusiya Dəmir Yollarında xüsusi qərargah yaradıldı, - deyə şirkətin baş direktoru Oleq Belozerov bildirib:

“Şirkət işçilərinə görüşlərin sayını azaltmaq barədə tapşırıq verildi və mümkün olduğu qədər görüşlərin keçirilməsi, həmçinin xarici tərəfdaşlarla video rabitə ilə danışıqların aparılması tövsiyə edildi. Bundan əlavə, Rusiya Dəmir Yolları xaricdə işgüzar səfərlərin sayını məhdudlaşdırdı və işçilərə tətil zamanı ciddi ehtiyac olmadan Rusiya xaricinə səyahət etməməyi tövsiyə etdi”.

Rusiya Dəmir Yolları şirkətindən bildirilib ki, sərnişinlərlə əlaqə quran personala yoluxmuş şəxsləri müəyyənləşdirə bilməsi üçün mütəmadi təlimlər verilir. Belə işçilərə, xüsusən də bələdçilərə və kassirlərə maskalar və əlcəklər verilib və növbədən əvvəl məcburi tibbi müayinələrdən keçirlər.

Şirkət əlavə edib ki, infeksiyanın diaqnozu üçün stansiyada yaradılan ilk tibbi yardım stansiyalarında lazımi avadanlıq var və həkimlər də vəzifə başındadırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyanın ən böyük işəgötürənləri xaricə tətilə getməməyi məsləhət görür — Fins.az — Fins.az