Rusiyanın Çelyabinsk vilayətində yağan yağışlar səbəbindən yüzlərlə ev su altında qalıb

Rusiyanın Çelyabinsk vilayətində yağan yağışlar səbəbindən yüzlərlə ev su altında qalıb

DÜNYA
294

Rusiyanın Çelyabinsk vilayətində su basmış fərdi yaşayış evlərinin sayı 219-a çatıb.

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.

 “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir.

Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır.

Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.

Kaira Ağayeva

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyanın Çelyabinsk vilayətində yağan yağışlar səbəbindən yüzlərlə ev su altında qalıb — Fins.az — Fins.az