Rusiyanın Aİ-yə təbii qaz ixracı son 40 ilin ən aşağı həddə çatıb

Rusiyanın Aİ-yə təbii qaz ixracı son 40 ilin ən aşağı həddə çatıb

DÜNYA
1,468

Rusiyanın boru kəməri ilə Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya təbii qaz ixracı bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq son 40 ilin ən aşağı səviyyəsinə düşüb.
"Fins.az" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) bəyanatına görə, Rusiyanın 2016-2020-ci illər arasında boru kəməri ilə Aİ və Böyük Britaniyaya göndərdiyi qaz bu ölkələrin ümumi tələbatının təxminən üçdə birinə uyğundur.

Rusiyanın boru kəməri ilə Aİ və Böyük Britaniyaya təbii qaz ixracı bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azalaraq gündəlik 1,2 milyard kub fut olub. Beləliklə, qaz ixracı son 40 ilin ən aşağı səviyyəsinə düşüb.

Ötən ilin ortalarında Rusiya Avropaya təbii qaz ixracını yalnız uzunmüddətli müqavilələrlə məhdudlaşdırıb və spot bazar satışlarını dayandırıb.

Rusiyadan təbii qaz boru kəməri ilə həyata keçirilən ixracın azalmasını kompensasiya etmək istəyən Aİ və Böyük Britaniya ABŞ-dan rekord miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyanın Aİ-yə təbii qaz ixracı son 40 ilin ən aşağı həddə çatıb — Fins.az — Fins.az