
Rusiyada sənaye robotları bazarı 14 faiz böyüyüb
Fins.az - Rusiyada sənaye robotları bazarının həcmi 2025-ci ildə 14 faiz artaraq 7,86 milyard rubla çatıb.
Məlumat T1 tərəfindən hazırlanan araşdırmada yer alıb. Tədqiqat Kept və Innopolis Universitynin məlumatları əsasında hazırlanıb.
Araşdırmaya əsasən, ölkədə robotlaşma sıxlığı da artaraq hər 10 min əməkdaş üçün 40 sənaye robotuna çatıb. Bir il əvvəl bu göstərici 29 robot idi.
Sənaye robotlarından ən çox istifadə olunan sahələr isə farmasevtika, qida sənayesi, avtomobil istehsalı və metallurgiya olub.