Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlanıb?

Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlanıb?

DÜNYA
493

“Rusiya Federasiyasında COVID-19-un “Nigeriya ştammı” aşkarlanmayıb, vəziyyət nəzarət altındadır”. 

Bu barədə “Rospotrebnadzor”un məlumatında əks olunub.

Bildirilib ki, ölkə ərazisində SARS-CoV-2 ştammlarının molekulyar genetik monitorinqi aparılıb, heç bir fakta rast gəlinməyib. 

Qeyd edək ki, koronavirusun "Nigeriya ştammı" ilk dəfə 2020-ci ilin dekabrında Nigeriya və Böyük Britaniyada aşkar edilib. O vaxtdan bəri Avstraliya, Belçika, Gana, Danimarka, İordaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Sinqapur, ABŞ, Finlandiya, Fransa, İsveçrə və Yaponiyada sözügedən virusa yoluxma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlanıb? — Fins.az — Fins.az