
Rusiyada inflyasiya gözləntiləri martda 13,4 faizə yüksəlib
Fins.az - 2026-cı ilin mart ayında Rusiyada əhalinin inflyasiya gözləntiləri 13,4 faizə yüksələrək 2025-ci ilin may səviyyəsinə qayıdıb. Bu nəticə Rusiya Mərkəzi Bankının sifarişi ilə keçirilən “inFOM” sorğusunda əks olunub.
Qeyd edək ki, fevral ayında bu göstərici 13,1 faiz idi. Yanvar ayında isə inflyasiya gözləntiləri dekabr 2025 səviyyəsində — 13,7 faiz olaraq qalmışdı.
Eyni zamanda, əhalinin müşahidə etdiyi inflyasiya göstəricisi martda kəskin artaraq 15,6 faizə çatıb. Bu, 2025-ci ilin may-iyun aylarındakı səviyyələrə yaxındır. Bundan əvvəl bu göstərici dörd ay ərzində — noyabr 2025-dən fevral 2026-dək 14,5 faiz səviyyəsində sabit qalmışdı.
Sorğu 2026-cı ilin 3–12 mart tarixlərində keçirilib.