
Rusiyada benzin ixracına qadağanın bərpası müzakirə olunur
Fins.az - Rusiya daxili yanacaq bazarını sabitləşdirmək məqsədilə istehsalçılar üçün benzin ixracına qoyulan qadağanın bərpasını müzakirə edir.
Dövlət qurumları məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir, lakin hələlik yekun qərar qəbul olunmayıb və ortaq mövqe formalaşmayıb. Müzakirələr yalnız benzinə aiddir, dizel yanacağı bu məsələyə daxil deyil.
Məsələnin Baş nazirin müavini Aleksandr Novakın iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacağı və ixracla bağlı qərarın həmin toplantıda verilə biləcəyi bildirilir. Ekspertlər qeyd edir ki, belə qadağa mövsümi tələbat artımını tam həll etməsə də, ümumi sabitləşdirmə tədbirlərinin bir hissəsi kimi effektiv ola bilər.