Rusiyada 2025-ci ildə 92 milyondan çox turist istirahət edib

Rusiyada 2025-ci ildə 92 milyondan çox turist istirahət edib

DÜNYA
290

Fins.az - 2025-ci ilin yekunlarına görə, Rusiyada turizm axını 92 milyondan çox olub. Bu göstərici əvvəlki illə müqayisədə artım göstərsə də, proqnozlardan bir qədər aşağı qalıb.

Rəsmi statistikaya əsasən, ölkədə kollektiv yerləşdirmə vasitələrində qalan turistlərin sayı 92,042 milyon nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən 2 milyon çoxdur.

Turistlərin əsas hissəsi Mərkəzi Federal Dairənin payına düşüb – 27,9 milyon nəfər. Paytaxt Moskva 12,87 milyon turist qəbul edib, Moskva vilayətində bu göstərici 6,37 milyon olub. Digər regionlar arasında Yaroslavl vilayəti 1,1 milyon, Tver vilayəti 1 milyon, Voronej vilayəti isə 973 min turist qəbul edib.

Cənub bölgələrində isə ümumilikdə 16 milyona yaxın turist qeydə alınıb. Bu bölgədə Krasnodar diyarı 9,3 milyon, Krım 2,4 milyon, Rostov vilayəti isə 1,9 milyon turist qəbul edib. Sevastopolda isə 212,5 min nəfər istirahət edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada 2025-ci ildə 92 milyondan çox turist istirahət edib — Fins.az — Fins.az