Rusiya və Qərb “böyük qaz savaşına” başlayır

Rusiya və Qərb “böyük qaz savaşına” başlayır

DÜNYA
1,966

Rusiya ilə Avropa arasında qaz qarşıdurması günü-gündən qızışır. Bazar ertəsi Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib ki, G7 ölkələri Rusiyanın enerji resurslarının dəyərinin rublla ödənilməsi tələbindən imtina edirlər. Kreml də öz növbəsində pulsuz qaz nəqlinin olmayacağını bəyan edir. Rusiyanın bir çox ekspertlərin fikrincə, bunlar hələlik sadəcə bəyanatlardır. Bu gün Avropa siyasətçilərindən Rusiya qazından imtina etdiklərini bəyan etmələri tələb olunur, lakin onu əvəz etmək imkanları o qədər də çox deyil.

Habek jurnalistlərə bildirib ki, G7-nin iqtisadiyyat nazirləri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbini müzakirə ediblər. Onun sözlərinə görə, G7-nin bütün nazirləri yekdilliklə bunun müqavilələrin birtərəfli qaydada pozulması olduğunu bildirib və vurğulayıblar ki, bağlanmış müqavilələr etibarlıdır, onlara cəlb olunmuş müəssisələr sazişlərə sadiq qalacaqlar.

 "Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir və təsirə məruz qalan müəssisələri (Rusiya prezidenti Vladimir Putinin) tələblərə əməl etməməyə çağırılır. Putinin bizi parçalamaq cəhdi göz qabağındadır, lakin biz... bizi parçalamağa imkan verməyəcəyik və cavabımız aydındır: müqavilələrə əməl olunacaq (çatdırılmalar müqavilələrdə razılaşdırılmış valyutada ödəniləcək), - deyə Habek bəyan edib.

Nazir həmçinin əlavə edib ki, G7 ölkələri müxtəlif ssenarilərə, o cümlədən Rusiya qazının nəqlinin dayandırılmasına hazırdır. Almaniya hökuməti “dünəndən deyil, yeni ildən bəri bütün ssenarilərə lazımi cavabların olması üçün çalışır”.

Rusiya qeyri-dost ölkələrə qaz təchizatına ödənişləri rubla çevirmək niyyətində olduğunu bildirib, çünki Rusiya mallarını Aİ və ABŞ-a ixrac etmək və ödənişi onların valyutasında almaq mənasızdır. Bu gün prezident Nazirlər Kabinetinə, Rusiya Federasiyası Mərkəzi Bankına və “Qazprom”a martın 31-dək Aİ ölkələrinə və məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş digər ölkələrə qaz nəqlinə görə ödəniş valyutasının dəyişdirilməsi ilə bağlı tədbirlər həyata keçirməyi tapşırıb.

Energetika və Maliyyə İnstitutunun İqtisadiyyat şöbəsi rəhbərinin müavini Sergey Kondratyevə G7 ölkələrinin nümayəndələrinin siyasi bəyanatları anlaşılandır, lakin o qeyd etməyi zəruri hesab edir ki, “müqavilələrin parametrlərini, o cümlədən nizamlanma valyutasını, hakimiyyət orqanları deyil, qarşı tərəflər müəyyən edir və məsələn, onlar tərəflərin razılığı ilə dəyişdirilə bilər." Rusiya hakimiyyəti təbii qaz üçün ödənişlərdə rublun istifadəsinə keçmək qərarına gəlib və “Qazprom”a belə bir sxem hazırlamağı təklif edib.

Onun sözlərinə görə, bəyanatlar səviyyəsində rublla hesablaşmalardan imtina (eləcə də razılıq) mənasızdır.

"Əlbəttə, Aİ ölkələri hesablaşmalarda rubldan istifadəni qadağan edən tənzimləmə qəbul edə bilər. Bu, Çin, Hindistan və digər inkişaf etməkdə olan ölkələrin rəsmiləri üçün milli valyutalarda hesablaşmaları təşviq edən çox ciddi siqnal olacaq”. Belə olan halda qaz üçün ödəniş almaq mümkün olmayacaq və Qazprom "yüksək ehtimalla təchizatı dayandırmalı olacaq”, – deyə iqtisadçı izah edir.

Hələlik G7-nin energetika nazirləri (o cümlədən, hazırda Rusiyadan neft və qaz idxal etməyən Kanada və ABŞ) yalnız öz şirkətlərindən bu şərtlərə əməl etməməyi “tələb edirlər”.

“Bu “çağırışı” pozan şirkətlərə (məsələn, “Qazprom”un törəmə şirkətlərinə) hər hansı sanksiyaların tətbiq edilib-edilməyəcəyi indi aydın deyil”, - deyə Kondratyev bildirir.

Rusiya qazının digər təchizatçılarla əvəzlənməsinə necə mümkündürmü? Əlbəttə, suala cavab tapmaq o qədər də asan deyil.  Məsələn, “Otkritie Investments” şirkətinin analitiki Oksana Lukiçeva bu bəyanatları “sadəlövh” hesab edir. Onun hesablamalarına görə, qısa müddətdə onlar Rusiya həcminin yalnız üçdə birindən də azını əvəz edə biləcəklər – bu isə təxminən 70 milyard kubmetrdir. Qalanları isə defisit olaraq qalacaq.

Bununla belə, uzunmüddətli perspektivdə Rusiya qazının əvəz edilməsi mümkündür. “Lakin qazın qiymətləri yüksək qalacaq, xüsusən də minimum ehtiyatlar və gələn qışa qədər anbarların doldurulması zərurəti fonunda”, –deyə analitik bildirib.

Lukiçeva təklif edir ki, Rusiya tərəfi qızıl və valyuta ehtiyatlarının dondurulması ilə əlaqədar müqavilələr üzrə fors-major hallar haqqında qanun da qəbul edə bilər.

“BCS World of Investments”-in baş şəxsi brokeri Maksim Çekuşkinin sözlərinə görə, G7 ölkələrinin cavabını gözlənilməz adlandırmaq olmaz, lakin bu, “vəziyyəti daha proqnozlaşdırıla bilən etmir”.

“Hazırda geosiyasət avropalı siyasətçilərdən Rusiya qazından imtina barədə açıqlama verməyi tələb edir, lakin Rusiya qazını əvəz etmək imkanları o qədər də çox deyil”, – deyə broker qeyd edir.

Ekspert güman edir ki, danışıqlar prosesi bu istiqamətdə davam edəcək, bu proses çərçivəsində biz Avropaya qaz nəqlinin dayandırılmasını görə bilərik. İndiyədək “Qazprom” müqavilədə nəzərdə tutulan həcmin hamısını təmin edib.

 

Siamen Universitetinin Çin Enerji Siyasəti Araşdırmaları İnstitutunun dekanı Lin Boçian Çinin “Huanzyu şibao” nəşri üçün hazırladığı məqalədə qeyd edir ki,  Avropa İttifaqı neft və qaz təchizatında Rusiyadan çox asılıdır. 2021-ci ildə Avropanın ümumi təbii qaz idxalının 45 faizi, neft idxalının 27 faizi Rusiyadan asılıdır. İndiki vəziyyətdə “enerji təchizatı böhranı və kəskin artan qiymətlərlə bağlı problemlərdən əziyyət çəkən Aİ həll yollarını tapmağa çalışır. Martın 8-də Avropa Komissiyası 2022-ci ildə təbii qaz idxalını üçdə iki və ya 102 milyard kubmetr azaltmağı hədəfləyən “RePower EU” planını təqdim edib...”

Plan daha sonra təklif edir ki, 2027-ci ilə qədər Aİ Rusiyanın neft və qaz idxalından asılılıqdan tamamilə azad olmalıdır. Ancaq bu günkü susuzluğu sabahın suyu söndürməyəcək” – deyə Lin Boçian yazır.

Müəllif daha sonra əlavə edir ki, “qısa müddətdə Rusiya neft və qazından həddən artıq asılılığın yaratdığı real risklərdən qaçmaq Avropa İttifaqı üçün çətin olacaq”.

Nəşr yazır: “Regional bazarın xüsusiyyətləri onu deməyə əsas verir ki, təbii qazın böyük hissəsi yalnız boru kəmərləri ilə nəql edilə bilər. ABŞ bu fürsətdən öz slans neftini və qazını təşviq etmək niyyətində olsa da, bu karbohidrogenlər Aİ ölkələri tərəfindən qəbul edilməyəcək. Bir tərəfdən, Avropa İttifaqında LPG daşıyıcılarının və qəbuledici terminalların məhdud sayda olması LPG daşımalarının miqyasının artmasına imkan verməyəcək. Digər tərəfdən, ABŞ-dan Aİ-yə slans karbohidrogenlərinin idxalının enerji xərcləri hələ də çox yüksək olaraq qalır. Ona görə də qısa müddətdə Rusiya qaz kəmərini nə ilə əvəz etmək son dərəcə çətindir”, – deyə çinli mütəxəssi bildirir.

ABŞ-da nəşr olunan populyar “Politico” nəşrinin “Qaz üçün rubl: Putin Qərbin enerji asılılığına istehza edir”  başlıqlı məqaləsində yazır ki, “Putin Qərblə iqtisadi müharibədə məzənnəni qaldırıb. Onun qaza görə ödənişləri rublla köçürmək qərarı Avropa və ABŞ-ı qorxutmaq və onları sanksiyaları yumşaltmağa məcbur etmək cəhdidir”.

Nəşrin müraciət etdiyi “BlueBay Asset Management”firmasının  inkişaf etməkdə olan bazarlar üzrə meneceri Timoti Eş deyir: "Bu, bir oyundur, Qərbi qorxutmaq, sanksiyaları yumşaltmaq cəhdidir. O, (Putin) Qərbi Rusiyadan enerji almağa davam edəcəyi təqdirdə, Rusiya şirkətləri ilə sövdələşmələr aparmağa məcbur etmək istəyir. Bu, sanksiyaları sındırmaq, Qərbin qətiyyətini zəiflətmək cəhdidir".

“Politiko” özünün də məətəl qaldığı məsələni qabardaraq yazır: “Qərb ölkələrinin qaz idxalını maliyyələşdirmək üçün kifayət qədər rublu necə əldə edə biləcəkləri, ödənişləri Rusiya valyutası ilə həyata keçirmək istəyəcəkləri bəlli deyil”.

“S&P Global Commodity Insights”-in analitiki Ceyms Hukstepp buna cavab verərərk bildirir: " Bu, şübhəsiz müəyyən risk amilidir, çünki  Rusiya qazının avropalı alıcıları çətinliklə üzləşəcəklər. Bazar çox qayğılıdır, çünki bu onun üçün yeni bir nəzəriyyədir.Həqiqətən, indiki mərhələdə planlar olduqca qeyri-müəyyəndir".

Rusiya prezidenti Putinin qərarı uzaq perspektivdə nə göstərəcək, onuindidən söyləmək çətin olsa da, bu gün onun ölkəsinə dost olmayan Azropanı çox çətin vəziyyətdəqoyub.Bu, həm də Rusiya valyutasının möhkəmlənməsinə əməlli başlı müsbət təsir edib.  Fevral ayında Rusiya əməliyyatı başlayandan bəri ABŞ valyutası qarşısında dəyərinin təxminən 40 faizini itirmişdsə, Putinin məlum qərarından sonra sürətlə möhkəmlənməyə başlayıb. Dünən axşama olan məzənnəyə görə 1dollar artıq 93 rubl olub. .

“Politiko”nun digər bir eksperti – “Capital Economics”-in iqtisadçısı Liam Piç məsələni belə şərh edir:  "Görünür, Rusiya hakimiyyəti Rusiya qazının xarici alıcılarını rubldan istifadə etməyə məcbur etməklə Qərb ölkələrinə təzyiq göstərməyə çalışır. Burada əlavə bir pilus var, onlar rublun məzənnəsini dəstəkləyəcəklər".

Çərşənbə günü qaz tələbatının üçdə birini Rusiyadan idxal hesabına təmin edən İtaliyanın baş naziri Mario Draqinin müşaviri Françesko Giavazzi Milanda çıxış edərkən bu barədə deyib: “Belə bir tədbir Rusiyaya sanksiyalardan qaçmaq imkanı verir”.

Müəllif: İlqar

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya və Qərb “böyük qaz savaşına” başlayır — Fins.az — Fins.az