
Rusiya qılıncoynadanları beynəlxalq yarışlarda bayraq və himnlə iştirak edəcəklər
Fins.az - Beynəlxalq Qılıncoynatma Federasiyası Rusiya nümayəndələrinin yarışlarda milli atributlarla iştirakına icazə verib.
Qərara əsasən, Rusiya və Belarus pasportuna malik idmançılar və rəsmi şəxslər federasiyanın bütün fərdi və komanda yarışlarında öz ölkələrinin qısaldılmış adları altında çıxış edə biləcəklər.
Onlar yarışlarda milli forma geyinə, dövlət bayrağından istifadə edə və qalibiyyət mərasimlərində ölkələrinin himni səsləndirilə bilər.
Məhdudiyyətlərin aradan qaldırılması həm böyüklər arasında keçirilən yarışlara, həm də rəsmi nümayəndələrə şamil olunur.
Qərarın beynəlxalq qılıncoynatma yarışlarında iştirak qaydalarına təsir göstərəcəyi gözlənilir.