Rusiya Pivə istehsalı və satışları 2024-cü ildə artıb

Rusiya Pivə istehsalı və satışları 2024-cü ildə artıb

DÜNYA
602

Finss.az - 2024-cü ildə Rusiya pivə istehsalçıları ölkədə 789 milyon dekalitr (dal) pivə istehsal edərək, 2023-cü ilə nisbətən 10,3% artım əldə ediblər.

Bu barədə Rusiyanın Dövlət Alkoqol və Tütün Nəzarəti Xidməti olan Rosalkogoltabakkontrol məlumat yayıb.

İstehsal sahəsindəki artım yalnız pivə ilə məhdudlaşmayıb. Pivə içkilərinin istehsalı 22,5% artaraq 119,3 milyon dal-ə çatıb, ümumi istehsal isə 11,7% artaraq 908,3 milyon dal-a yüksəlib. Eyni zamanda, sidr, puar və medovuxa istehsalı 14,4 milyon dal təşkil edərək, ötən ildən 43,8% çox olub.

Rəqəmlər yalnız istehsalla məhdudlaşmayıb, pərakəndə satışlar da artıb. Keçən il pivə satışları 6,7% artaraq 726,7 milyon dal-a, pivə içkiləri isə 14,9% artaraq 103,5 milyon dal-a çatıb. Ümumi satışlar 7,7% artaraq 830,2 milyon dal-ə yüksəlib. Ayrıca, sidr, puar və medovuxa satışları 23,6% artaraq 12,4 milyon dal-a çatıb.

Rosalkogoltabakkontrol bildirib ki, bu artımın əsas səbəbi pivə istehsalçıları reyestrinin tətbiqindən sonra pivə bazarının "ağarılması" olub. Bu tədbir, sektorda şəffaflığın artırılmasına və qeyri-qanuni istehsalın qarşısının alınmasına kömək edib.

Pivə istehsalı və satışlarındakı bu artım, ölkənin alkoqol istehsalı sahəsindəki ümumi inkişafı və bazarın tənzimlənməsi ilə əlaqədar müsbət bir göstərici olaraq qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Pivə istehsalı və satışları 2024-cü ildə artıb — Fins.az — Fins.az