Rusiya Ordusu Ukraynanın Sumı vilayətini tərk edib

Rusiya Ordusu Ukraynanın Sumı vilayətini tərk edib

DÜNYA
1,845

Sumı vilayətinin ərazisi Rusiya Ordusundan tamamilə azad olunub.

Fins. az xəbər verir ki, bu barədə Ukraynanın Sumı vilayətinin hərbi administrasiya rəhbəri Dmitri Jivitski məlumat verib.

Vilayət rəhbəri bölgədə eşidilən partlayış səslərini Rusiya Ordusunun qoyub getdiyi döyüş sursatlarının zərərsizləşdirilməsi prosesi ilə əlaqələndirib.

Jivitski Sumı sakinlərindən yol kənarlarına, meşə zolaqlarına getməməyi, Rusiya hərbi texnikasının qalıqlarına və partlamamış mərmilərə yaxınlaşmamağı məsləhət görüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Ordusu Ukraynanın Sumı vilayətini tərk edib — Fins.az — Fins.az