Rusiya miqrant işçilərin tibbi nəzarətini gücləndirir

Rusiya miqrant işçilərin tibbi nəzarətini gücləndirir

DÜNYA
156

Fins.az - Rusiya Federasiya Şurası xarici vətəndaşlar üçün tibbi müayinə qaydalarını sərtləşdirən yeni qanunu təsdiqləyib.

Yeni qaydalara əsasən, Rusiyaya daxil olan əcnəbilərin tibbi müayinədən keçməsi üçün nəzərdə tutulan müddət 90 gündən 30 günə endirilir.

Tibbi müayinədən keçmək müvəqqəti yaşayış icazəsi, iş icazəsi almaq və ya əmək patentinin yenilənməsi üçün məcburi olacaq.

Qanuna görə, Rusiyada 30 gündən artıq qalan xarici vətəndaşlar hər il tibbi müayinədən keçməlidirlər.

Sənəd həmçinin tibbi müayinələrin təşkilində vasitəçilik fəaliyyətini qadağan edir. Müayinələr yalnız müvafiq səlahiyyətə malik tibbi müəssisələr tərəfindən aparılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya miqrant işçilərin tibbi nəzarətini gücləndirir — Fins.az — Fins.az