
Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib
Fins.az - Rusiyanın istintaq orqanları şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. O, terrorizmə haqq qazandırmaq və xarici agentin fəaliyyətini tənzimləyən qaydaları pozmaq ittihamları ilə qiyabi olaraq həbsə məhkum edilib.
Melumata göre, cinayət işi materiallarına görə, ötən il Moskvanın Zamoskvoretski rayon məhkəməsi Kasparovun Rusiyaya ekstradisiya və ya deportasiyası halında RF hüquq-mühafizə orqanlarına təhvil verildiyi və ya bu ölkədə faktiki olaraq saxlanıldığı andan iki ay müddətinə həbsdə saxlanılması barədə qərar çıxarıb.