Rusiya və Çin hərbi dəniz təlimlərinə başlayır

Rusiya və Çin hərbi dəniz təlimlərinə başlayır

DÜNYA
129

Fins.az - Rusiya Sakit Okean Donanmasının (TOF) gəmilər dəstəsi Çinin Sindao limanına gəlib.

Məlumata görə, gəmilər Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin birgə keçirəcəyi “Dəniz Əməkdaşlığı–2026” təlimlərində iştirak edəcəklər.

Rusiya tərəfdən təlimlərə “Varyaq” qvardiya kreyseri, “Rezki” korveti, “Ufa” dizel-elektrik sualtı qayığı və “İqor Belousov” xilasetmə gəmisi cəlb olunub.

Çin Hərbi Dəniz Qüvvələri isə təlimlərdə “Anşan” və “Kayfın” esminesləri, “Uxu” freqatı, “Yuan” tipli dizel-elektrik sualtı qayığı, “Kekesili-hu” təchizat gəmisi və “Yançenhu” xilasetmə gəmisi ilə təmsil olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya və Çin hərbi dəniz təlimlərinə başlayır — Fins.az — Fins.az