Rusiya və Çin birbaşa aviareyslərin genişləndirilməsi üçün regionların siyahısını hazırlayacaq

Rusiya və Çin birbaşa aviareyslərin genişləndirilməsi üçün regionların siyahısını hazırlayacaq

DÜNYA
121

Fins.az - Rusiya və Çin birbaşa aviareyslərin genişləndirilməsi məqsədilə prioritet regionların siyahısını hazırlamağı planlaşdırır.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2026-cı ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı turist axını 825 min nəfərə çatıb.

Nazir müavini Dmitri Vaxrukov Çinin mədəniyyət və turizm naziri Sun Yeli ilə görüşdə bildirib ki, turist sayının daha da artırılması üçün hava nəqliyyatının genişləndirilməsi vacibdir.

Onun sözlərinə görə, Kamçatka, Altay, Tümen və Rusiyanın Şimal bölgələri kimi istiqamətlərdə Çinlə birbaşa uçuşlar hələ həyata keçirilmir. Halbuki həmin bölgələrdə Çin turistlərini qəbul etmək üçün zəruri turizm infrastrukturu artıq yaradılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...