Rusiya bazarından ayrılan Adidas 100 milyon avrodan çox vəsait itirib

Rusiya bazarından ayrılan Adidas 100 milyon avrodan çox vəsait itirib

DÜNYA
860

Almaniyanın idman ayaqqabıları və geyimləri istehsalı konserni Adidas, Rusiyadakı fəaliyyətini dayandırdığı üçün ikinci rübdə 100 milyon avrodan (102 milyon dollar) çox gəlir itirdi.

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunmuş hesabatında bildirilir.
"Rusiyadakı əməliyyatları dayandırmaq qərarı rübdə gəliri 100 milyon avrodan çox azaldıb", - Adidas-ın açıqlamasında deyilir.

Konsern martın 9-da Rusiyada internet saytının və tətbiqinin fəaliyyətini dayandırıb. Şəbəkənin pərakəndə satış mağazaları martın 14-də bağlanıb.

Adidas da Çin və Vyetnamdakı koronavirus məhdudiyyətləri səbəbindən maliyyə itkilərinə məruz qalıb. Konsernin ümumi itirdiyi gəlir 300 milyon avronu (təxminən 306 milyon dollar) ötüb.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya bazarından ayrılan Adidas 100 milyon avrodan çox vəsait itirib — Fins.az — Fins.az