Rusiya Avropa İttifaqına qaz tədarükündə yenidən ABŞ-ı qabaqlayır

Rusiya Avropa İttifaqına qaz tədarükündə yenidən ABŞ-ı qabaqlayır

DÜNYA
202

Üçüncü rübün nəticələrinə əsasən, Rusiya Avropa İttifaqına qaz tədarükünün həcminə görə yenidən ABŞ-ı qabaqlayıb.

Finss.az xəbər verir ki, 2024-cü ilin üçüncü rübündə Rusiya Federasiyası Avropa bazarına 13,3 milyard kubmetr qaz tədarük edib, əvvəlki rübdə bu rəqəm 13 milyard, əvvəlki ilin eyni dövründə isə 11,5 milyard kubmetr olub. Aprel-iyun aylarında Rusiya şirkətlərinin Avropa idxalında payının 17,2%-dən 19,4%-ə yüksəldiyi vurğulanır.

Qeyd olunur ki, ABŞ mayeləşdirilmiş təbii qazın tədarük həcmini son rübdə dörddə bir, il ərzində isə üçdə bir azaldaraq, 9,5 milyard kubmetrə çatdırıb.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Avropa İttifaqına qaz tədarükündə yenidən ABŞ-ı qabaqlayır — Fins.az — Fins.az