Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib

Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib

DÜNYA
1,038

Rusiya 47 ildən sonra ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib.

Fins.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) paytaxt Moskvanın 5 min kilometr şimalındakı “Vostoçnıy” kosmik stansiyasından “Luna-25” kosmik gəmisini daşıyan “Soyuz 2.1V” raketini buraxıb.

“Luna-25” uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olub. Kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılıb.

Roskosmosun rəhbəri Yuri Borisov qarşıdakı illərdə də Aya kosmik gəmilərin göndərilməsinin nəzərdə tutulduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib — Fins.az — Fins.az