Rusiya 2020-ci ildə 15 milyard dollarlıq silah satıb

Rusiya 2020-ci ildə 15 milyard dollarlıq silah satıb

DÜNYA
412

Rusiya Federasiyası 2020-ci ildə xarici ölkələrə 15 milyard dollardan artıq dəyərində silah satıb.

Bu barədə Prezident Vladimir Putinlə görüşdə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev bildirib.

O, sifarişlər paketinin 50 milyard dolların üstündə saxlanıldığını da diqqətə çatdırıb və bunun çox vacib olduğunu vurğulayıb.

Xidmət rəisi bununla belə, hərbi-texniki əməkdaşlıq sahəsinin də pandemiyadan ciddi şəkildə ziyan gördüyünü bildirib, buna misal olaraq, beynəlxalq sərgilərin keçirilməməsini göstərib.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya 2020-ci ildə 15 milyard dollarlıq silah satıb — Fins.az — Fins.az