Rumıniya və Bolqarıstan Qara dənizdə birgə təhlükəsizlik mərkəzi yaradacaq

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə təhlükəsizlik mərkəzi yaradacaq

DÜNYA
122

Fins.az - Rumıniya və Bolqarıstan Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi məqsədilə birgə Dəniz Təhlükəsizliyi Mərkəzi yaratmağı planlaşdırırlar.

Rumıniyanın xarici işlər naziri Oana Tsoyu bildirib ki, layihənin konsepsiyası artıq hər iki ölkə tərəfindən razılaşdırılıb.

Mərkəzin Rumıniyanın Konstansa və Bolqarıstanın Varna şəhərlərində fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Qurumun əsas vəzifələri regiondakı vəziyyət barədə məlumatlılığın artırılması, təhlükələrin birgə təhlili və cavab tədbirlərinin koordinasiyası olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rumıniya və Bolqarıstan Qara dənizdə birgə təhlükəsizlik mərkəzi yaradacaq — Fins.az — Fins.az